Suriyada rusiyalı xüsusi təyinatlı həlak olub

Suriyada rusiyalı xüsusi təyinatlı həlak olub
# 18 noyabr 2016 14:04 (UTC +04:00)

Suriyada rusiyalı xüsusi təyinatlı ölüb.

APA-nın “Rodnikovskiy proyekt” qəzetinə istinadən verdiyi məlumata görə, həmin şəxs Ryazan Hava-Desant Qüvvələri məktəbinin məzunu Sergey Peçalnovdur.

Zabit bu ilin iyununda minanın partlaması nəticəsində yaralanıb və bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib.

Qeyd edilir ki, hadisə zamanı ərazidə bir neçə rusiyalı hərbçi olub. Onlar mina zonasına düşüblər, vəziyyət barədə məlumat verdikdən sonra geri qayıtmağa çalışıblar. Lakin bu zaman mina işə düşüb, nəticədə bir hərbçi hadisə yerində ölüb, üçü yaralanıb.

Rusiya Müdafiə Nazirliyi hələlik xəbərlə bağlı şərh verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR