Binəqədi rayonunda zavod ərazisində yanğın söndürülüb - YENİLƏNİB

Binəqədi rayonunda zavod ərazisində yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 03 iyun 2018 19:30 (UTC +04:00)

Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) yanğın söndürülüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən, təxminən 500 m2 ərazidə işlənmiş avtomobil şinləri yanıb. Əlavə məlumat veriləcək.

*** 18.16

Bakı şəhəri, Binəqədi rayonunda zavod ərazisində təkər tullantıları yanır.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

saat 17.59

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında yanğın başlayıb.

APA-nın məlumatına görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR