Hesablama Palatası "Bakı Metropoliteni”nin maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparıb

Hesablama Palatası "Bakı Metropoliteni”nin maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparıb
# 01 avqust 2018 13:01 (UTC +04:00)

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

"APA-Economics"in məlumatına görə, Hesablama Palatasının Kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi üzrə gəlir və xərclərin icrasına dair, Xarici İşlər Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi, dövlət rüsumlarının hesablanması, dövlət büdcəsinə köçürülməsi və büdcədənkənar vəsaitlərin icrasına dair, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin auditinin nəticələrinə dair, “Bakı Metropoliteni” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələrinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR