Rusiya Yüngül Atletika Federasiyasının İAAF-a üzvlüyünün dayandırılması müddəti uzadılıb

Rusiya Yüngül Atletika Federasiyasının İAAF-a üzvlüyünün dayandırılması müddəti uzadılıb
# 26 noyabr 2017 14:24 (UTC +04:00)

Beynəlxalq Yüngül Atletika Federasiyası (İAAF) Rusiya Yüngül Atletika Federasiyasının quruma üzvlüyünün dayandırılması barədə qərarının müddətini uzadıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, İAAF Şurası bu barədə bu gün qurumun Monakoda mənzil-qərargahında keçirilən toplantısında qərar qəbul edib.

Rusiya Yüngül Atletika Federasiyası ilə bağlı qərar rusiyalı yüngül atletlərin beynəlxalq yarışlarda Rusiya bayrağı altında çıxış etməsinə icazə vermir. Rusiyalı idmançılar beynəlxalq yarışlarda yalnız neytral statusda çıxış edə bilərlər.

Qeyd edək ki, Rusiya Yüngül Atletika Federasiyasının İAAF-a üzvlüyü dopinq qalmaqalı ilə əlaqədar 2 il əvvəl dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR