Ağ Ev Tramp-Putin görüşünün nə qədər çəkəcəyini açıqlayıb

Ağ Ev Tramp-Putin görüşünün nə qədər çəkəcəyini açıqlayıb
# 07 iyul 2017 05:35 (UTC +04:00)

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Hamburqda “G-20” sammiti çərçivəsində baş tutacaq ilk görüşü təxminən yarım saat davam edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ağ Evin dərc etdiyi Trampın proqramına əsasən, görüş planlaşdırıldığı kimi Bakı vaxtı ilə 17.45-də “Hamburg Messe” sərgi mərkəzində başlayacaq. Görüşün təkbətək yox, geniş formatda keçiriləcəyi qeyd olunub.

Trampın qrafikinə əsasən, Bakı vaxtı ilə saat 18.20-də Tramp sərgi mərkəzini tərk etməyi planlaşdırır.

Görüşdə Suriyadakı vəziyyət və Ukraynadakı böhran, habelə Rusiya XİN-in ABŞ-dakı mülkiyyətinin həbsinə dair məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR