Beynəlxalq koalisiya İŞİD-in mövqelərinə 23 hava zərbəsi endirib

Beynəlxalq koalisiya İŞİD-in mövqelərinə 23 hava zərbəsi endirib
# 15 avqust 2015 03:13 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr sutka ərzində İŞİD-in İraqdakı mövqelərinə 23 hava zərbəsi endirib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə beynəlxalq koalisiyanın nümayəndəsi, polkovnik Mayk İndovina bildirib.

Məlumata görə, zərbələrin əsas hədəfi İŞİD-in ər-Ramadi şəhərindəki mövqeləri olub.

M. İndovinanın sözlərinə görə, həyata keçirilən hava hücumu İraq ordusuna ər-Ramadi şəhərini mühasirəyə almağa imkan verəcək.

Xatırladaq ki, Anbar vilayətinin paytaxtı ər-Ramadi 2015-ci ilin mayından terrorçuların nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR