Varşava Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərəcək

Varşava Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərəcək
# 04 oktyabr 2017 17:02 (UTC +04:00)

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə Varşava Universitetinin rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzinin təsis edilməsinə dair razılıq əldə edilib.

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, əməkdaşlıq haqqında müqavilə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və Varşava Universitetinin rektoru Marçin Palıs tərəfindən imzalanıb.

Mərkəz Polşada Azərbaycan tarixi, mədəniyyəti, xarici siyasəti, iqtisadiyyatı və dilinə olan maraq nəzərə alınaraq təsis edilib. Mərkəz tərəfindən elmi araşdırmalar nəticəsi olaraq elmi jurnalların nəşri, ictimai və akademik tədbirlərin təşkili, müəllim və tələbələrin Azərbaycanın təhsil və tədqiqat mərkəzləri ilə elmi mübadiləsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR