Xalasıgilə qonaq gedən 11 yaşlı oğlanı it dişləyib

Xalasıgilə qonaq gedən 11 yaşlı oğlanı it dişləyib
# 18 noyabr 2016 13:38 (UTC +04:00)

Ağcabədidə yeniyetməni it dişləyib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, xalasının evinə qonaq gedən Beyləqan rayon sakini, 2005-ci il təvəllüdlü Qurbanlı Ziyad Elman oğlu orada ev itinin hücumuna məruz qalıb.

Yeniyetmə dərhal ı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Z. Qurbanlı sağ bud nahiyəsindən xəsarət alıb. Ona quduzluq əleyhinə vaksin vurularaq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR