İtaliya yığmasının yeni baş məşqçisi müəyyənləşib

İtaliya yığmasının yeni baş məşqçisi müəyyənləşib
# 01 may 2018 10:23 (UTC +04:00)

İtaliya millisi “Zenit”in baş məşqçisi Roberto Mançiniyə tapşırılacaq. Apasport.az saytının məlumatına görə, İtaliya Futbol Federasiyasının prezidentinin köməkçisi Alessandro Kostakurta və yığmanın meneceri Lele Oriali Romada 53 yaşlı mütəxəssislə görüşüblər. İki saatdan artıq davam edən danışıqlar nəticəsində razılıq əldə olunub.

“Zenit”in prezidenti Sergey Fursenko İtaliya yığması ilə anlaşmanın kluba ziyan vuracağını düşür. Bu səbəbdən Sankt-Peterburq klubu ilə olan müqaviləyə xitam verilməsi gündəmdədi.

Mançini isə klub rəhbərliyi ilə anlaşacağını düşür. İtaliyalı çalışdırıcı Rusiya çempionatının geri qalan iki matçında komandanın başında olacaq.

20 maya qədər Mançininin İtaliya millisinə təyinatının rəsmən açıqlanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR