Azərbaycanın hərbi aşpazları Rusiyada “Səhra mətbəxi” müsabiqəsində iştirak edəcək

Azərbaycanın hərbi aşpazları Rusiyada “Səhra mətbəxi” müsabiqəsində iştirak edəcək
# 23 iyul 2018 08:26 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir neçə mərhələdən ibarət olan müsabiqədə hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə də məharətlərini nümayiş etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR