Cəlilabadın Üçtəpə-Təzəkənd avtomobil yolunda təmir başa çatır - FOTO - VİDEO

Cəlilabadın Üçtəpə-Təzəkənd avtomobil yolunda təmir başa çatır - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 avqust 2015 11:38 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda kənd yollarının asfaltlaşdırılması davam etdirilir.

APA-nın cənub bürosunun məlumatına görə, bu ilin yanvar ayından əsaslı təmirinə başlanmış Üçtəpə-Təzəkənd avtomobil yolunda işlər artıq başa çatmaq üzrədir. Yolun 17 km-lik hissəsində asfaltlama işləri tam yekunlaşıb. Uzunluğu 20 km olan yoldan rayonun 6 yaşayış məntəqəsinin ümumilikdə 24 min sakini istifadə edəcək. Bu yol əhalinin həm də Ələt-Astara magistralına birbaşa çıxışını təmin edəcək.

Eni 6, qalınlığı 12 sm olan Üçtəpə-Təzəkənd avtomobil yolunu avqust ayının 2-ci ongünlüyündə istismara verilməsi tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR