“Azərbaycan Dəmir Yolları” ağacəkmə aksiyası keçirib

“Azərbaycan Dəmir Yolları” ağacəkmə aksiyası keçirib
# 02 aprel 2018 14:59 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəbbüsü ilə 2 aprel - Kəlbəcər rayonunun işğalı günündə, Kəlbəcər şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, aksiya YAP-ın respublika ərazisində 700 min ağac əkmək və Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı faciəsində şəhid olmuş uşaqların xatirəsinə həsr edilmiş ağacəkmə kampaniyasına qoşulmaq və bu aksiyalara dəstək məqsədilə həyata keçirilib.

“Hər şəhidə bir fidan” adlı ağacəkmə kampaniyasında torpaqlarımızın bütövlüyü uğrunda Qarabağ müharibəsi zamanı şəhid olmuş 500-ə yaxın Kəlbəcər şəhidinin sayı qədər ağac əkilib. Ağaclardan Kəlbəcər rayonunun işğalı zamanı şəhid olan uşaqların adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.

İməcilikdə “Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millət vəkili Cavid Qurbanov, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, dəmiryolçular, eləcə də “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR