Akademik Milli Dram Teatrında "Generalın son əmri” tamaşası nümayiş olunub

Akademik Milli Dram Teatrında "Generalın son əmri” tamaşası nümayiş olunub
# 15 oktyabr 2016 11:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” pyesi əsasında hazırlanmış eyni adlı adlı tamaşa oynanılıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyev, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində əsas rolları xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Füzuli Hüseynov, Mehriban Xanlarova, Dilarə Əliyeva, Almaz Amanova, Sənubər İsgəndərli, Ayşad Məmmədov, İlham Hüseynov, Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Ramin Şixəliyev, Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Cümşüd Zeynalov ifa edir.

İki hissəli tragikomik misteriyanın premyerası 2014-cü il sentyabrın 19-da keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR