"Qarabağ"ın ispaniyalı futbolçusu: “Sevilya”nın nəyə qadir olduğunu bilirəm”

"Qarabağ"ın ispaniyalı futbolçusu: “Sevilya”nın nəyə qadir olduğunu bilirəm”
# 26 noyabr 2019 11:12 (UTC +04:00)

“Sevilya” mövsüm boyu yüksək yerlər uğrunda mübarizə aparacaq. Ola bilər ki, komandanın çətinlikləri də olsun”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Xayme Romero deyib.

İspaniyalı hücumçu Avropa Liqasının V turunun “Sevilya” ilə noyabrın 28-dəki səfər matçı barədə fikirlərini açıqlayıb. O, rəqibin gücünə bələd olduğunu bildirib: “Mən dəqiq ideyaları olan kollektiv görürəm. “Sevilya” əla komandadır. Heyətdəki hər bir oyunçu yüksək səviyyəyə malikdir. Geniş heyətləri var. Nümayiş olunan oyun da çox yaxşıdır. İlk görüşdə qarşılaşdığımız vaxt La Liqanın ön sıralarında yer alan bir komanda ilə görüşürdük. Həmin vaxt “Sevilya” bizə 3:0 hesabı ilə qalib gəldi. “Sevilya”nı çox yaxşı tanıyıram. Hələ “Kordoba”da oynayandan bu komanda nəyə qadir olduğunu bilirəm. Ölkəmizdə rəqib kimi oynamaq isə xüsusi bir hissdir”.

X.Romero son vaxtlar “Qarabağ”da enişin olmasını da vurğulayıb: “Biz mövsümün əvvəli ilə müqayisədə daha pis durumdayıq. Bəzi oyunlarda əvvəlki kimi oynayırıq. Amma Premyer Liqada çox qalib gələ bilmirik. Ola bilər ki, mövsümə tez başlayıb Çempionlar Liqası və Avropa Liqasında oynamağımız bizə təsir edib. Amma qarşıdakı oyunumuza təsir etməyəcək. Sevilyada meydanda hər şeyimizi qoyacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR