İtaliyada hotel qar uçqunu altında qalıb

İtaliyada hotel qar uçqunu altında qalıb
# 18 yanvar 2017 22:36 (UTC +04:00)

İtaliyanın Abrutso vilayətində “Rigopiano di Farindola” hoteli qar uçqunu altında qalıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə xilasedicilər cəlb edilib.

İlkin məlumata əsasən, insident zamanı hoteldə azı 20 nəfər olub.

“Böyük faciə baş verib. Çox güman ki, həyatını itirənlər olacaq. Hələ ki, bu, təsdiqini tapmayıb”, Peskara əyalətinin başçısı Antonio Di Marko özünün “Feysbuk” hesabında yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR