Yasamalda minaatan mərmisi aşkar edilib

Yasamalda minaatan mərmisi aşkar edilib
# 03 noyabr 2016 13:35 (UTC +04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Yasamal rayonu, Şərifzadə küçəsində qazıntı işləri aparılan əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri ilə birgə baxış keçirilib.

ANAMA-dan APA-ya verilən məlumata görə, baxış zamanı ərazidən 1 ədəd 82 mm-lik minaatan mərmisi aşkar edilib. Aşkarlanan mərmi zərərsizləşdirilməsi üçün FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR