“Deutsche Bank” vergidən yayındığına görə ABŞ-a 95 milyon dollar həcmində cərimə ödəyəcək

“Deutsche Bank” vergidən yayındığına görə ABŞ-a 95 milyon dollar həcmində cərimə ödəyəcək
# 05 yanvar 2017 04:23 (UTC +04:00)

Almaniyanın “Deutsche Bank”-ı vergidən yayındığına görə ABŞ-a 95 milyon dollar həcmində cərimə ödəyəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə nazirliyinin yaydığı açıqlamada bildirilir.

“ABŞ hökuməti “Deutsche Bank”-ın vergidən yayınma hərəkətlərini sübuta yetirərək 95 milyon dollar həcmində cərimə ödəməsini tələb edib”, məlumatda deyilir.

Məlumata əsasən, Almaniya bankı saxta şirkət vasitəsi ilə 2000-ci ildə ABŞ-ın vergi qanunvericiliyini pozmağa cəhd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR