Gənc Tamaşaçılar Teatrı Rusiyaya qastrol səfərinə yollanacaq

Gənc Tamaşaçılar Teatrı Rusiyaya qastrol səfərinə yollanacaq
# 02 noyabr 2016 12:15 (UTC +04:00)

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Rusiyanın Elista şəhərinə qastrol səfərinə yollanacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər iki teatr rəhbərliyi arasında imzalanmış 5 illik qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən baş tutacaq. Teatr noyabrın 5-dən 11-dək B.Basanqov adına Kamık Milli Dram Teatrının səhnəsində “Dörd əkizin nağılı” və “Qohumlar” tamaşası ilə çıxış edəcək.

Ötən teatr mövsümündə Kalmık teatrının bədii rəhbəri Boris Manciyevin hazırladığı “Qohumlar” tamaşası eksperiment şəkilində təqdim olunacaq. Tamaşanın əsas rolları Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti, kütləvi səhnələr isə Kalmık teatrının aktyorlarına həvalə ediləcək.

Teatrın direktoru Mübariz Həmidovun rəhbərlik etdiyi 30 nəfərlik nümayəndə heyətinin iştirak edəcəyi səfər Kalmık Milli Dram Teatrının 80 illik yubileyinə təsadüf edəcək.

Tədbir çərçivəsində Mübariz Həmidovla bir neçə teatr direktorunun görüşü nəzərdə tutulub. Görüşdə yeni yaradıcılıq müqavilələrinin bağlanması barədə müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR