Başqırdıstanda avtomobil partladılıb

Başqırdıstanda avtomobil partladılıb
# 28 avqust 2017 13:47 (UTC +04:00)

Başqırdıstan Respublikasının paytaxtı Ufada park edilmiş avtomobildə partlayış baş verib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə respublika üzrə İstintaq Komitəsinin İstintaq İdarəsi məlumat yayıb. Partlayıcı vasitənin işə salınması nəticəsində avtomobilin içərisində olan bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

İlkin versiyaya əsasən hadisə şəxsi və ya məişət zəmininə baş verə bilər.

Hazırda əməliyyatçılar partlayıcı vasitənin tipini müəyyənləşdirir. "Qəsdən adam öldürməyə cəhd" və "silahların qanunsuz dövriyyəsi" maddələri ilə cinayəti işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR