Millimizin 4 potensial rəqibi müəyyənləşib

Millimizin 4 potensial rəqibi müəyyənləşib
# 27 sentyabr 2017 09:42 (UTC +04:00)

Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan görüşlərdən sonra gələn il Sloveniyada təşkil olunacaq final mərhələsinə son 4 vəsiqənin sahibi bəlli olub.

Fransa və Rumıniya cavab oyununda qazandığı səfər qələbəsi ilə AVRO-2019-a yüksəlib. Polşa və Serbiya da yarışa vəsiqəni əldə edib.

Avropa çempionatı

Pley-off

Cavab oyunları

26 sentyabr

Xorvatiya – Fransa – 4:5

İlk oyun – 1:1

Gürcüstan – Rumıniya – 4:7

İlk oyun 2:2

Polşa – Macarıstan – 6:4

İlk oyun – 1:2

Serbiya – Çexiya – 4:4

İlk oyun – 4:3

Bununla, AVRO-2019-un iştirakçılarının tam siyahısı müəyyənləşib. Fransa, Polşa, Serbiya və Rumıniya digər 8 komanda ilə birlikdə sentyabrın 29-da keçiriləcək püşkatmaya qatılmaq hüququ əldə edib.

İki gündən sonra baş tutacaq tədbirdə bu komandalar sonuncu səbətdə yer alacaq. Azərbaycan yığmasının 2-ci səbətdə qərarlaşdığını nəzərə alsaq, pley-offun qalibləri millimizin potensial rəqibləri olub.

Xatırladaq ki, meydan sahibi Sloveniya A qrupunun 1-ci komandasıdı. Ən güclülər səbətində İspaniya, Portuqaliya və Rusiya yer alıb. 2-ci səbətdə İtaliya, Ukrayna, Azərbaycan və Qazaxıstan qərarlaşıb. Serbiya, Rumıniya, Polşa və Fransa isə ən zəiflər arasındadı.

Qeyd edək ki, AVRO-2019-un final mərhələsi yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR