Moldovada prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb

Moldovada prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb
# 13 noyabr 2016 06:19 (UTC +04:00)

Bu gün Moldovada prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, prezident seçkilərinin oktyabrın 30-da keçirilən birinci turunda ən çox səs toplamış iki namizəd - sosialistlərin lideri İqor Dodon (47,98 faiz) və Həmrəylik və Fəaliyyət Partiyasının sədri Mayya Sandu (38,71 faiz) prezident kürsüsü uğrunda mübarizə aparırlar.

Seçkilərin ikinci turunda ən çox səs toplayan namizəd 4 il müddətinə prezident seçiləcək. Seçki məntəqələri yerli vaxtla saat 7.00-da açılıb, səsvermə yerli vaxtla saat 21.00-da başa çatacaq. Ölkədə 1981 seçki məntəqəsi var. Xarici ölkələrdəki vətəndaşların səs verməsi üçün isə 100 seçki məntəqəsi açılıb. Bakıdakı Moldova səfirliyində seçki məntəqəsi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR