Binəqədi rayonunda Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirilib

Binəqədi rayonunda Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirilib
# 09 noyabr 2016 08:17 (UTC +04:00)

Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “STEP İT” Akademiyanın inzibati binasında 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti və “İdrak” liseyinin birgə təşkilatçılığı ilə “Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirilib.

Binəqədi rayonunun İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili Elman Nəsirov, “İdrak” liseyinin təsisçisi Mönsüm Alışov, Müdafiə Nazirliyinin zabiti Ramil Səfərov, 9 noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa-yazı, rəsm, bədii-qiraət və “Xəmsə” intellektual oyunun qalibləri və iştirakçıları, rayon ictimaiyyəti, ASAN könülləri və rayonun fəal gəncləri iştirak ediblər.

Tədbirdə dövlət bayrağı və rəsm əsərlərindən ibarət sərgi, habelə dövlətçilik mövzusunda video çarx nümayiş etdirilib.

A. Əliyeva çıxışı zamanı ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkib. Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan A. Əliyeva Heydər Əliyevin və prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən dövlət bayrağımıza münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu vurğulayıb.

Tədbirdə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa-yazı, rəsm, bədii-qiraət müsabiqələrinin qalibləri və “Xəmsə” intellektual yarışlarında fərqlənmiş şagirdlər mükafatlandırılıb.

Sonda Bakı Uşaq teatrı “Vətən” tamaşasını nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR