"France-Presse" Trampı ilin adamı seçib

"France-Presse" Trampı ilin adamı seçib
# 21 dekabr 2016 12:33 (UTC +04:00)

“France-Presse” agentliyi 2016-cı ilin ən nüfuzlu şəxslərinin siyahısının hazırlayıb.

APA-nın məlumatına görə, siyahıda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp birinci yerdə qərarlaşıb. Reytinqdə ikinci yeri Rusiya prezidenti Vladimir Putin, 3-cü yeri isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tutub.

İlk onluğa ABŞ-da prezidentliyə sabiq namizəd Hillari Klinton, Böyük Britaniyanın Müstəqillik Partiyasının keçmiş rəhbəri Naycel Farac, Suriya prezidenti Bəşər Əsəd, ABŞ prezidenti Barak Obama, Roma Papası Fransisk, Nobel mükafatı laureatı Bob Dilan və ABŞ-ın birinci xanımı Mişel Obama da daxil edilib.

Xatırladaq ki, 2015-ci ilin ən nüfuzlu şəxsi Almaniya kansleri Angela Merkel seçilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR