Goranboyda mağazadan oğurluq edilib

Goranboyda mağazadan oğurluq edilib
# 23 noyabr 2016 07:13 (UTC +04:00)

Goranboyda oğurluq hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Veyisli kəndində Rais Kərimova məxsus ərzaq mağazasında baş verib. Obyektin 5 qıfılını sındıraraq içəri daxil olan oğrular təhlükəsizlik kameralarını sındırıb, video yazını yaddaşda saxlayan qurğunu da özləri ilə götürüblər. Oğurluq edən şəxs və ya şəxslər obyektdən 600 manat nağd pul, dəyəri 3 min manatdan çox olan tütün və digər ərzaq məhsulları aparıblar. Mağazaya gələn Rais Kərimov obyektinin talandığını görərək polisə məlumat verib.

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR