Liseylərin V sinfinə qəbul üzrə müsabiqə nəticələri açıqlanıb

Liseylərin V sinfinə qəbul üzrə müsabiqə nəticələri açıqlanıb
# 06 iyul 2018 14:34 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V sinfinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, valideynlər müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən əldə edə bilərlər.

Qeyd olunub ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul üçün müsabiqədə 1 421 nəfər iştirak edib. Onlardan 880-i Texniki-Humanitar Liseyə, 122-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 225-i 147 nömrəli Texniki-Humanitar Liseyə, 194-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün müsabiqəyə qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR