Gürcüstanın xarici işlər naziri Ermənistana səfər edəcək

Gürcüstanın xarici işlər naziri Ermənistana səfər edəcək
# 11 sentyabr 2017 09:37 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze bu gün Ermənistana işgüzar səfər edəcək.

APA-nın yerli bürosu Gürcüstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, M.Canelidze səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və həmkarı Edvard Nalbandyanla görüşəcək.

Görüşlərdə tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR