ATƏT sədri Parlament Assambleyasının qış sessiyasında çıxış edəcək

ATƏT sədri Parlament Assambleyasının qış sessiyasında çıxış edəcək
# 10 fevral 2017 09:43 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası fevralın 23-24-də Vyanada keçiriləcək.

APA-nın ATƏT PA-nın saytına istinadən verdiyi məlumata görə, sessiyanın ilk günü 3 əsas komitənin birgə iclası olacaq.

Sessiyada ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz çıxış edəcək. ATƏT-in baş katibi Lamberta Zaniyerin çıxışı da nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR