Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsini şiddətlə qınayıb.
Bu barədə APA-ya TürkPA-nın mətbuat xidmətindən məlumat verilib.
TürkPA-ya üzv dövlətlərin həmişə terrorizmin hər hansı növünə və təzahürlərinə qarşı çıxış etdiyini vurğulayan baş katib səfirin öldürülməsinə heç bir halda bəraət qazandırıla bilinməyəcəyini söyləyib: “Bu hadisə ölkələr arasında mehriban qonşuluq münasibətlərini korlamaq niyyəti güdür”.