Heydər Əliyev Fondu ilə “Caspian İnternational Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Heydər Əliyev Fondu ilə “Caspian İnternational Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 16 noyabr 2017 12:18 (UTC +04:00)

Heydər Əliyev Fondu ilə “Caspian İnternational Hospital” xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Fonddan APA-ya verilən məlumata görə, əməkdaşlıq çərçivəsində “Caspian İnternational Hospital” xəstəxanası ilə talassemiyalı xəstələrin Respublika Talassemiya Mərkəzində cərrahiyyə, reanimasiya və Mərkəzdə mümkün olmayan bir çox müayinə və müalicəsinin təmənnasız olaraq həyata keçirilməsi reallaşacaq.

Müqavilənin imzalanması Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrə geniş spektrdə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün həyata keçirilən tədbirlər planının bir hissəsidir.

Eyni zamanda Heydər Əliyev Fondunun müxtəlif şəxsləri müayinə və müalicə üçün xarici ölkələrə göndərməsi zamanı müvafiq klinikalarla əlaqə yaradılmasında, sənədlərin toplanmasında köməklik göstəriləcək. Müalicəsi “Caspian İnternational Hospital” xəstəxanasında həyata keçirilən müraciətlərin ödənişsiz və ya xüsusi güzəştlərlə təmin olunması da nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR