Səfir: "Çin və Azərbaycan təhsili prioritet sahə hesab edir"

Səfir: "Çin və Azərbaycan təhsili prioritet sahə hesab edir"
# 19 sentyabr 2017 14:46 (UTC +04:00)

"Çin və Azərbaycan təhsil sahəsini prioritet sahə hesab edir".

APA-nın xəbərinə görə, bunu Çinin Azərbaycandakı səfiri Vey Cinhua deyib.

Səfir vurğulayıb ki, təhsil sahəsinə qoyulan investisiyalar heç vaxt itmir: "Azərbaycan da təhsilin inkişafı üçün layihələr həyata keçirir, bu sahəyə investisiyalar qoyur. Düşünürəm ki, bu, düzgün siyasətdir. "Çinin Azərbaycandakı səfirliyi adından deyə bilərəm ki, şəxsən mən özüm və səfirliyimizin əməkdaşları bu sahənin inkişafı üçün hər zaman səylərimizi göstərməyə hazırıq. İki ölkə arasındakı dostluğun gələcəyi çox parlaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR