Aleksander Çeferin: "Əgər burnunuz uzundursa, ofsayddasınız"

Aleksander Çeferin: "Əgər burnunuz uzundursa, ofsayddasınız"
# 04 dekabr 2019 14:59 (UTC +04:00)

“Əgər sizin burnunuz uzundursa, ofsayddasınız. VAR hər epizoda xətlər çəkir. Bu, obyektiv kriteriyaların subyektiv şəklidir”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Sloveniyalı futbol rəhbəri qaydalar və VAR-ın rolu barədə danışıb. Müəyyən çatışmazlıqların olduğunu bildirən A.Çeferin yeni təkliflə çıxış edib: “Bizim təklifimiz ondan ibarətdir ki, 10-20 sm ofsaydlara icazə verilsin. İki həftə öncə ən yaxşı məşqçilər – Yurgen Klopp, Xosep Qvardiola, Zinəddin Zidan, Massmiliano Alleqri, Karlo Ançelotti UEFA-da idi. Bizim hakim Roberto Rozetti onlara əllə oyunu göstərib, qayda pozuntusu barədə soruşur. Yarısı “hə”, yarısı “yox” deyir. Mənə deyin görüm, qaydalar nə dərəcədə aydındır? Biz heç nə bilmirik! AVRO-2020-də VAR-dan istifadə etməyə borcluyuq. Çünki bütün komandalar səhv olanda şikayət edəcəklər”.

Qeyd edək ki, AVRO-2020 iyunun 12-dən iyulun 12-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR