Angela Merkel: “Türkiyə qaçqınlar üçün çox böyük işlər görüb”

Angela Merkel: “Türkiyə qaçqınlar üçün çox böyük işlər görüb”
# 01 sentyabr 2015 09:06 (UTC +04:00)

Bakı - APA. “Qaçqınlar məsələsində Türkiyənin yükü ağırdır və bu yük yüngülləşdirilməlidir”.


APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbər görə, bu sözləri Almaniyanın federal kansleri Angela Merkel Avropada miqrant böhranı ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyənin iki milyondan çox qaçqına ev sahibliyi etdiyi bildirən A. Merkel İŞİD-lə aparılan mübarizədən məmnunluğunu ifadə edib. O, həmkarı Əhməd Davudoğlu ilə telefon danışığında kürd məsələsinin həlli üzrə sülh prosesinin yenidən başlanması üçün bütün imkanlardan istifadə edilməsinin önəmini də vurğuladığını söyləyib. “Almaniya PKK ilə sülh prosesinin davam etdirilməsini arzulayır”, - deyə kansler bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR