Goranboyda iki avtomobil toqquşub, bacı və qardaş xəsarət alıb

Goranboyda iki avtomobil toqquşub, bacı və qardaş xəsarət alıb
# 16 avqust 2017 12:35 (UTC +04:00)

Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb. “VAZ 2107” və “VAZ 21015” markalı iki avtomobilin toqquşması nəticəsində Tərtər rayonunun Sarov kənd sakini, 1954-cü il təvəllüdlü Tofiq Paşayev və onun bacısı 1965-ci il təvəllüdlü Kifayət Paşayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR