İran DİN: “Türkiyə ilə sərhəd bağlanmayıb, sadəcə qatar səfərləri müvəqqəti dayandırılıb” - YENİLƏNİB

İran DİN: “Türkiyə ilə sərhəd bağlanmayıb, sadəcə qatar səfərləri müvəqqəti dayandırılıb” - <span style="color: red;">YENİLƏNİB
# 04 avqust 2015 14:47 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Diplomatik mənbə qeyd edib ki, sərhədin bağlanması ilə bağlı məlumat həqiqətə uyğun deyil: “Bir nəfərin belə bir açıqlaması var. Ancaq rəsmi hakimiyyət dairələri belə qərar qəbul etməyib. Sərhədlər açıqdır”.

İran Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən açıqlamada da sərhəd-keçid məntəqələrində hər hansı problemin olmadığı bildirilib. Nazirliyin məlumatına görə, Türkiyə hissəsində baş vermiş nasazlıqla əlaqədar Türkiyənin tələbi ilə qatar səfərləri müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, İranın polis şefi Hüseyn Aştari Türkiyədə son iki həftədə baş verənlərlə əlaqədar ölkənin şimal-qərb sərhədinin müvəqqəti bağlandığını bəyan etmişdi.

*** 12.29

Bakı. Ağa Cəfərli-APA. İranın Türkiyə ilə şimal qərb sərhədi bağlanıb.


APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın polis şefi Hüseyn Aştari bildirib. O bildirib ki, Ali Beynəlxalq Təhlükəsizlik Şurası (SNSC) Türkiyədə baş verənlərlə əlaqədar olaraq sərhədi müvəqqəti bağlayıb.

Hüseyn Aştari deyib ki, sərhədin bağlanması ilə bağlı bütün sualları bu quruma ünvanlamaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR