"Lotu Quli"nin qohumunun məhkəməsində polis ifadə verib

"Lotu Quli"nin qohumunun məhkəməsində polis ifadə verib
# 08 noyabr 2017 09:55 (UTC +04:00)

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qohumu Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ağstafa rayon Post Patrul Xidmətinin əməkdaşı olmuş Sərxan Alıyev ifadə verib. Bildirib ki, M. Namazovun evində aparılan axtarış zamanı mətbəxdə çaynikin içərisində patron tapılıb.

İclasda Məhəbbət Namazova ifadə vermək təklif edilib. Təqsirləndirilən şəxs buna hazır olmadığını bildirib.

Proses noyabrın 15-də davam edəcək.

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR