Londondakı terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb

Londondakı terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb
# 21 sentyabr 2017 03:17 (UTC +04:00)

London metrosunda törədilən terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yardın məlumatında bildirilir.

Məlumata əsasən, ötən gün “Parsons Qrin” metro stansiyasında baş verən partlayışla bağlı 17 yaşlı oğlan saxlanılıb. Onun adı açıqlanmır. Ümumilikdə terror hadisəsi ilə əlaqədar indiyədək 6 nəfər saxlanılıb.

Sentyabrın 15-də London metrosunun “Parsons Qrin” stansiyasında törədilən partlayış nəticəsində 29 nəfər xəsarət alıb. Partlayışa görə İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR