Rusiya və ABŞ hərbi ekspertlərinin görüşünə dair razılıq əldə olunub

Rusiya və ABŞ hərbi ekspertlərinin görüşünə dair razılıq əldə olunub
# 08 dekabr 2016 22:55 (UTC +04:00)

Rusiya və ABŞ hərbi ekspertlərinin dekabrın 10-da Cenevrədə görüşünə dair razılıq əldə olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

“Sənəd üzrə (Hələbə dair - red.) işi tamamlamaq üçün şənbə günü Cenevrədə hərbi ekspert və diplomatlarımız arasında görüşün keçirilməsinə dair razılıq əldə olunub”, - deyə Lavrov ABŞ dövlət katibi Con Kerri ilə görüşündən sonra jurnalistlərə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR