Suriyada 14 türk əsgəri həlak olub, 138 terrorçu məhv edilib

Suriyada 14 türk əsgəri həlak olub, 138 terrorçu məhv edilib
# 21 dekabr 2016 20:17 (UTC +04:00)

Suriyanın Əl-Bab bölgəsində gedən döyüşlər zamanı 14 türk əsgəri həlak olub.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

Bundan əlavə 18 əsgərin yaralandığı, onlardan 6-nın vəziyyətinin ağır olduğu qeyd edilir.

Əl-Bab bölgəsində gün ərzində aparılan döyüşlərdə 138 terrorçu məhv edilib.

Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR