Kolumbiyada qəzaya uğrayan təyyarədə 13 nəfər sağ qalıb - YENİLƏNİB

Kolumbiyada qəzaya uğrayan təyyarədə 13 nəfər sağ qalıb - <span style="color: red;">YENİLƏNİB
# 29 noyabr 2016 09:25 (UTC +04:00)

Kolumbiyada baş vermiş təyyarə qəzasında 13 nəfər sağ qalıb.

APA-nın məlumatına görə, bu barədə “360 Radio Colombia” radiosunun “Tvitter” səhifəsində yer alan xəbərdə deyilir.

Onların arasında Braziliyanın “Şapekoense” klubunun futbolçuları Alan Ruşel və Danilo Padilya var. Xəsarət alanlara yerli xəstəxanaya yerləşdirilib.

*** 11.48

Kolumbiyada baş vermiş təyyarə qəzasında 6 nəfər sağ qalıb.


APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, Xose Mariya Kordova beynəlxalq aeroportunun mətbuat xidməti xilasedicilərin qəza yerində 6 nəfəri sağ aşkarladığını açıqlayıb.

Qəza yerində xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, Boliviyadan Kolumbiyanın Medelyin şəhərinə uçan təyyarədə Braziliyanın “Şapekoense” futbol komandasının oyunçuları və 9 ekipaj üzvü də daxil olmaqla, 81 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR