Vergi sanksiyalarından Vergilər Nazirliyinin Tədris Mərkəzinin maliyyələşdirilməsində istifadə ediləcək

Vergi sanksiyalarından Vergilər Nazirliyinin Tədris Mərkəzinin maliyyələşdirilməsində istifadə ediləcək
# 20 oktyabr 2017 09:12 (UTC +04:00)

Vergilər Nazirliyinin Tədris Mərkəzinin maliyyə mənbələri sırasına vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarından əldə edilən vəsaitlər daxil edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edib.

Vergi Məcəlləsinə əsasən vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi vergi orqanlarının hesablarına köçürülür. Bundan sonra həmin vəsaitlərdən Vergilər Nazirliyinin Tədris Mərkəzinin maliyyələşdirilməsi üçün də istifadə ediləcək.

Qeyd edək ki, Vergilər Nazirliyinin Tədris Mərkəzi ixtisasartırma və yenidən hazırlama tədris müəssisəsi statuslu elm və təhsil ocağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR