Sumqayıtda yaşayış binasında yanğın olub

Sumqayıtda yaşayış binasında yanğın olub
# 09 aprel 2018 20:41 (UTC +04:00)

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının dam örtüyünün taxta atmaları, dama yığılmış taxta tullantıları 10 m2 sahədə və 2 p.m elektrik kabeli yanıb.

Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR