Pentaqon: İŞİD silahlıları İraqda kürdlərə qarşı kimyəvi silahdan istifadə edib

Pentaqon: İŞİD silahlıları İraqda kürdlərə qarşı kimyəvi silahdan istifadə edib
# 14 avqust 2015 02:57 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları İraqda kürd döyüşçülərinə kimyəvi silahdan istifadə edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, məlumat Pentaqon nümayəndəsi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl “Bild Online” nəşrində dərc edilən Bundesferin (Almaniya Silahlı Qüvvələri) məxfi hesabatına əsasən, İŞİD silahlıları “Peşmergə” döyüşçülərinə qarşı zəhərli maddələrlə dolu əl qumbaralarından istifadə edib.

Nəşr həmçinin qeyd edir ki, Maxmur şəhərinə hücum zamanı xlordan istifadə edilib.

Məlumata görə, kimyəvi hücumdan 60-dək kürd silahlısının xəsarət aldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR