Sabirabadda ev, Göyçayda anbar yanıb

Sabirabadda ev, Göyçayda anbar yanıb
# 20 yanvar 2017 06:34 (UTC +04:00)

Sabirabad rayonunda yanğın hadisəsi baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Qasımbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli, 6 otaqlı evin 1 otağının dam örtüyü və tavanı 20 m² sahədə və mətbəxin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Göyçay rayonunda isə hazırda fəaliyyət göstərməyən anbarda yanğın olub.

Ümumi sahəsi 600 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və içərisində 20 m² sahəyə yığılmış suvarma şlanqları yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR