Tbilisi meri etirazçıları narkotik alverçilərinə qarşı birgə mübarizəyə çağırıb

Tbilisi meri etirazçıları narkotik alverçilərinə qarşı birgə mübarizəyə çağırıb
# 12 may 2018 20:02 (UTC +04:00)

Tbilisi meri Kaxa Kaladze parlament qarşısında keçirilən etiraz aksiyası ilə bağlı xüsusi bəyanatla çıxış edib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, o, etirazçıları narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizəyə çağırıb.

“Əziz dostlarım, bacı və qardaşlarım sizi mübarizə meydanına çıxıb narkotik alverçilərinə qarşı mübarizəyə qoşulmağa dəvət edirəm”, - deyə K.Kaladze bildirib.

Mer qeyd edib ki, ötən gecə narkotik alverçilərinin saxlanılmasının Tbilisinin "gecə iqtisadiyyatı"na mənfi təsir edəcəyi ilə bağlı spekulyasiyalara yol verilir: “Tam əminliklə bildirirəm ki, şəhərin gecə iqtisadiyyatı inkişaf etdiriləcək və biz tərəfdən maksimum dəstək göstəriləcək”.

K.Kaladze aksiya iştirakçılarının baş nazir və daxili işlər nazirinin istefası ilə bağlı tələblərini qeyri-ciddi adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR