Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) nazir Muxtar Babayevlə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” proqramının nümayəndələri arasında görüş keçirilib.
Bu barədə APA-ya ETSN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, görüş zamanı ETSN ilə GİZ arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.