Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək
# 03 aprel 2018 05:30 (UTC +04:00)

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Gecənin ən diqqətçəkən görüşündə ötənilki finalçılar “Yuventus” və “Real” üz-üzə gələcək. Turinlilərin heyətində cəzalı olan Medhi Benatia və Miralem Pyaniç bu görüşü buraxacaq. Zədəli Aleks Sandronun da meydana çıxacağı sual altındadı. “Real”da isə kapitan Serxio Ramos zədə ucbatından forma geyinməyə bilər. Start fiti saat 22:45-də veriləcək qarşılaşmanın baş hakimi türkiyəli Cüneyt Çakır olacaq.

1/8 finalda “Beşiktaş”ı mübarizədən kənarlaşdıran “Bavariya” İspaniyada “Sevilya” ilə qarşılaşacaq. İndiyədək avrokuboklarda üz-üzə gəlməyən komandaların ilk duelində Almaniya təmsilçisi favorit hesab olunur. Lakin “pivəçilər” son 5 İspaniya səfərindən əliboş dönüb. “Sevilya”da cəzalı Ever Baneqa bu oyunda iştirak etməyəcək. “Bavariya”da isə heyət baxımından heç bir itki yoxdu.

Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

3 aprel

22:45. “Yuventus” (İtaliya) – “Real” (İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Turin, “Yuventus” stadionu

22:45. “Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

Sevilya, “Ramon Sançes Pisxuan” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR