Neftin qiyməti 67 dolları test edə bilər

Neftin qiyməti 67 dolları test edə bilər
# 12 dekabr 2017 13:08 (UTC +04:00)

Brent markalı neftin 1 barrelinin qiyməti 67 dolları test edə bilər.


"APA-Economics" xəbər verir ki, "Forties" neft kəmərində sızıntının olması və onunla nəqlin iki həftəlik müddətə dayandırılması nefti kəskin bahalaşdırıb.


Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,35 dollar və ya 0,060% artaraq 58,34 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,55 dollar və ya 1% artaraq 65,69 dollar olub. Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci ilin iyunun 24-dən etibarən ilk dəfə olaraq 65 dolları ötüb.


Qeyd edək ki, "Forties" neft kəməri Şimal dənizi ilə Böyük Britaniyanı birləşdirir. Məhz bu kəmərlə nəql olunan neft London birjasında ticarət olunur. Təbii ki, dünyanın ən əhəmiyyətli neft kəmərlərindən biri ilə nəqlin dayandırılması qiymət artımına səbəb olub.


Analitiklər isə qeyd edir ki, kotirovkalar onsuz da artıma köklənmişdi. Belə ki, OPEC üzvləri və kartelə daxil olmayan ölkələr tərəfindən neft hasilatının azaldılmasına dair anlaşmanın müddətinin uzadılması buna şərait yaradıb. Avstriyanın paytaxtı Vyanada razılaşma əldə olunandan sonra neft aşağı diapazonda ticarət olunurdu və istənilən pozitiv xəbər irimiqyaslı qiymət artımını qaçılmaz edirdi.


Hazırda isə treyderlər ABŞ-da neft ehtiyatlarına dair statistikanın açıqlanmasını gözləyir.

"Bloomberg" agentliyi tərəfindən keçirilən sorğuda iştirak edən birja iştirakçıları hesab edirlər ki, ABŞ-ın neft ehtiyatları 3,3 mln. barrel azalıb, benzin ehtiyatları isə 1,5 mln. barrel artıb. Faktiki məlumatlar bazar üçün pozitiv olarsa, Brent markalı neftin qiyməti 67 dollara ötə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR