Nazirlik antenatal qulluğun təşkili ilə bağlı hamilə qadınlara müraciət edib

Nazirlik antenatal qulluğun təşkili ilə bağlı hamilə qadınlara müraciət edib
# 31 avqust 2017 10:06 (UTC +04:00)

Bu gün Mamalıq və Ginekologiya İnstitutunda Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ölkədə antenatal qulluğun təşkilinə dair tədbir keçirilib.

APA-nın xəbərinə görə, institutun mamalıq bölməsinin böyük elmi işçisi Fatimə Hacıyeva bildirib ki, antenatal qulluğun (doğuşaqədər nəzarət) məqsədi hamilə qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının qorunması, ailəyə, valideynliyə hazırlanmaqda kömək göstərməkdir.

F. Hacıyeva qeyd edib ki, antenatal qulluğun keyfiyyəti gəlişlərin və aparılan profilaktik tədbirlərin sayı ilə deyil, göstərilən yardımın keyfiyyəti, hamiləliyin gedişinə nəzarət, vaxtında həkimə müraciət edilməsi, ailə üzvlərinin hamiləliyin gedişi barədə məlumatlılığı, yaxınlarının hamilələrə fiziki, mənəvi dəstəyinin səviyyəsi və s. ilə müəyyənləşir: “Hamiləlik boyu qadının bir tibb işçisinin nəzarəti altında olması məqsədəuyğundur. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gəlişinin ( hamiləliyin 12-ci həftəsinə qədər, 18-20-ci, 26-28, 30-32, 34-36, 38-ci, 40-cı həftəsində) olması tövsiyə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR