“Boko Haram” silahlıları Nigeriya və Kamerunda 381 nəfəri qətlə yetirib

“Boko Haram” silahlıları Nigeriya və Kamerunda 381 nəfəri qətlə yetirib
# 05 sentyabr 2017 03:04 (UTC +04:00)

Son beş ay ərzində “Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriya və Kamerunda 381 nəfəri qətlə yetirib. Bu, dekabr-aprel ayları ilə müqayisədə iki dəfə çoxdur.

APA-nın məlumatına görə, bu barədə “Frans Press” agentliyin xəbər verib.

Məlumata əsasən, təkcə Nigeriyanın şimal-şərqində aprel ayından etibarən 223 nəfər öldürülüb, onlardan 100-ü avqust ayında qətlə yetirilib.

Qeyd edək ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. 2015-ci ildə "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR