Cənubi Koreya parlamenti prezidenti vəzifəsindən uzaqlaşdırıb - YENİLƏNİB

Cənubi Koreya parlamenti prezidenti vəzifəsindən uzaqlaşdırıb  - <span style="color: red;">YENİLƏNİB
# 09 dekabr 2016 08:40 (UTC +04:00)

Cənubi Koreya parlamenti ölkə prezidenti Park Geun-hyenin vəzifəsindən uzaqlaşdırılması barədə qərar qəbul edib.

APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, adı korrupsiya qalmaqalında hallanan xanım prezidentə impiçment elan olunub. Səlahiyyətləri əlindən alınan dövlət başçısı haqda yekun qərarı Konstitusiya Məhkəməsi verəcək. Yekun qərar elan olunanadək prezidentin səlahiyyətlərini müvəqqəti olaraq baş nazir yerinə yetirəcək.

***

Saat 11:04

Cənubi Koreya qanunvericiləri ölkə prezidenti Park Geun-hye haqqında impiçment proseduruna başlayıb.

APA-nın BBC-yə istinadən yaydığı məlumata görə, parlament binasının qarşısına toplaşan yüzlərlə etirazçı prezidentin istefaya göndərilməsini tələb edir.

Park Geun-hye korrupsiya ittihamları ilə üzləşib. Onun rəfiqəsi olan Xoi Sun-silin xanım prezidentlə yaxınlığından istifadə edərək nüfuz və pul əldə etdiyi bildirilir. Parlament üzvlərinin üçdə ikisi impiçment haqda qərarın lehinə səs versə, dövlət başçısı istefaya göndəriləcək.

Hazırda parlamentdə çoxluq təşkil edən müxalifətçilər və müstəqil parlamentarlar xanım Park Geun-hyenin öz postunu tərk etməsini istəyir. Lakin lazımi səs miqdarı əldə etmək üçün onlara Park Geun-hyenin partiyasından olan daha 28 millət vəkilinin səsi lazımdır. Prezidentə impiçment elan olunsa, o, səlahiyyətlərinin icrasından kənarlaşdırılacaq, ölkə başçısının səlahiyyətlərini müvəqqəti olaraq baş nazir yerinə yetirəcək. Prezidentin tamamilə istefaya göndərilməsinə isə 9 hakimdən ibarət Konstitusiya Məhkəməsi qərar verməlidir.

İsmayıl Fətəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR